Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43%-ə yaxın artırılır

MALİYYƏ 19 sentyabr 2026, 11:15
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur.

Demokrat.az
bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələri 600 milyon manat dividend ödəməlidir. Bunun 450 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR), 150 milyon manatı isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin öhdəliyidir.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top