Slovakiyada dövlət çevrilişi təhlükəsi: Təcili iclas çağırıldı

DÜNYA 22 yanvar 2025, 21:03
Slovakiyanın Baş naziri Robert Fitso ölkənin kəşfiyyat orqanlarının hökumətin devrilməsi riski ilə bağlı məlumat almasından sonra yanvarın 23-nə Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli "Dennik N" nəşri məlumat yayıb.

İclasda Slovakiya Prezidenti Peter Pelleqrini də iştirak edəcək.

Hökumət başçısı deyib ki, o, hər şeyə hazırdır, çünki Gürcüstanda və Ukraynada Maydanda etiraz aksiyalarında iştirak edən xarici ekspertlər Slovakiyaya gəliblər. Fitsonun sözlərinə görə, onlar hökumət binalarını ələ keçirərək vətəndaş itaətsizliyi nümayiş etdirməklə dövlət çevrilişinə cəhd edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top