Panama hökuməti ABŞ-ın yeni prezidenti Donald Trampın Panama kanalını ələ keçirməklə hədələməsinə görə BMT Baş Katibliyinə şikayət ünvanlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Panama hökuməti adından BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlanan məktubda BMT Nizamnaməsinin başqa bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdidini qadağan edən maddəsinə istinad edilib.
Məktubda Panama tərəfi Quterreşi bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa çağırıb.
Əfsanə Kamal
Demokrat.az