Paşinyan Bakıda keçirilən məhkəmə prosesindən danışdı

DÜNYA 22 yanvar 2025, 22:30
Gördüyümüz mənzərələr narahatlıq doğurur, amma etiraf edim ki, biz bu vəziyyətə “zərər verməmək” məntiqi çərçivəsində yanaşırıq. Bu məsələ hər zaman diplomatik gündəmimizdədir və bundan sonra da nəticələr əldə etmək üçün səy göstərəcəyik.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Bakıda hərbi cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərin “qaytarılması” üçün hansı addımlar atıldığı sualına cavabında deyib.

“Mən vətənpərvərlik duyğularını təmin edən bəyanat verə bilərəm, lakin bu insanlar bunun təsirini və nəticələrini həbsxanada hiss edəcəklər”, - Paşinyan parlamentdə çıxışında bildirib. (Axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top