Hər baş ağrıyanda dərmana qaçmaq xroniki ağrıları artırır.
Demokrat.az Medicina-ya istinadən xəbər verir ki, nevroloq Mariya Şapovalova dərman səbəbli baş ağrılarından danışıb:
“Ağrıkəsicilərin çoxunun tərkibində kofein var, əgər insan ay ərzində 8-10 həb ağrıkəsici içərdə o zaman xroniki miqren və dərman tətikləyici baş ağrıları yarana bilər. Adətən klaster və miqren ağrılarına dözmək çətin olur. Pasiyentlər həyat keyfiyyəti düşməsin deyə dərhal dərman içirlər.
Beləliklə orqanizmdə asılılıq yaranır, artıq əvvəlki doza təsir etmir. Dərmanın təsiri azalır, pasiyent daha ağır doza və hətta gündə 2 dəfə dərman içir. Belə xəstələrdə zamanla ağrıların xarakteri də dəyişir, xronikləşir və onları müalicə etmək də çətinləşir.
Ayda 10-12 ədəd və daha çox ağrıkəsici həb içənlərdə dərman şiddətli ağrılar yaranır. Ona görə də baş ağrıları varsa, nevroloq müalicəsi almaq, tutmaları azaltmaq lazımdır”.
Həkim qeyd edib ki, “Sitramon” kimi populyar dərmanın tərkibində kofein mövcuddur. Bu isə sağlanlığa olduqca zərərlidir:
“Kofeinli dərmanları az qəbul edin. Çünki məhz kofein tərkibli dərmanlardan baş ağrıları yaranır.
Hər bir baş ağrısının fərqli müalicəsi, profilaktikası var. Baş ağrılarının bir çarəsi də idman, maye və düzgün həyatdır”.