“Trampın Co Baydenin müdafiə etdiyi cinsi azlıqları təbliğ edən gender ideologiyasını rədd etməsi Rusiya ilə problemlərdən birini aradan qaldırır”.
Demokrat.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov özünün "Telegram" kanalında bildirib.
O qeyd edib ki, “transgender dalğası” ABŞ-ın keçmiş prezidenti Co Bayden və onun administrasiyası ilə yox olacaq:
“Bu, yaxın gələcək üçün Vaşinqton və Moskva arasında ən azı bir ideoloji və dəyər uçurumunu aradan qaldıracaq”.
Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Birləşmiş Ştatlarda yalnız 2 cinsin - kişi və qadının tanınması və “transgender ideologiyası” adlanan ideologiyadan imtina edilməsi haqqında Fərman imzalayıb.
Fərmanda göstərilir ki, insanın cinsi fundamental və danılmaz reallığa əsaslandığı üçün dəyişməzdir. Sənəddə “transgender ideologiyası” adlanan və genderin istəyə görə dəyişdirilə bilməsi barədə ideologiya tənqid edilir.
Əfsanə Kamal
Demokrat.az