Mobil telefonlar sonsuzluğa səbəb olur? — ŞOK ARAŞDIRMA

MARAQLI 22 yanvar 2025, 20:44
Türkiyəli ginekologiya mütəxəssisləri mobil telefonlardan yayılan elektromaqnit şüalarının qadınların reproduktiv sağlamlığına mənfi təsirlərini açıqlayıb.

Demokrat.az-
ın məlumatına görə, araşdırmalar göstərir ki, şüalara məruz qalma menstruasiya pozuntularına, embrionun inkişafında problemlərə və sonsuzluğa səbəb ola bilər.

Bildiyimiz kimi, mobil telefonlar məlumatı elektromaqnit dalğaları vasitəsilə ötürür. Bu dalğalar radio tezliyi kimi tanınan bir növ EMR yayır. EMR-nin bioloji sistemlərə təsiri tezliyə, məruz qalma müddətinə və intensivliyə görə dəyişə bilər. 

Tədqiqatlar göstərir ki, uzunmüddətli və intensiv EMR-ə məruz qalma DNT zədələnməsinə, oksidləşdirici stressə və hormon balanssızlığına səbəb ola bilər. Bu vəziyyət xüsusilə reproduktiv orqanlara mənfi təsir göstərir.

Araşdırmalara əsasən mobil telefonları bədənə yaxın gəzdirməkdən çəkinmək, qulaqlıq və ya dinamik rejimində telefon danışıqları etmək, yatarkən telefonu bədəndən uzaq tutmaq, elektromaqnit şüalarından qoruyucu qablardan istifadə etmək və lazım olmadıqca telefondan istifadə etməməyə diqqət yetirmək lazımdır. 


Əfsanə Kamal
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top