Finlandiya NATO-nun "Baltic Sentry" missiyasında iştirak etmək üçün raket daşıyan gəmi göndərəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Finlandiya donanmasının yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, Hərbi Dəniz Qüvvələri NATO-nun ilk daimi hərbi dəniz qrupunun tərkibində milli komandanlıqdakı gəmilərə əlavə olaraq qayıqlar yerləşdirəcək.
Ümumilikdə, alyans missiyasında bir neçə Finlandiya hərbi dəniz bölməsi iştirak edəcək.
Yanvarın 14 -də Helsinkidə təşkilatın baş katibi Mark Ruttenin iştirakı ilə NATO-ya üzv ölkələrin sammiti keçirilib.
Birgə bəyanatda siyasətçilər alyansın Baltik keşikçi missiyasına başladığını bildiriblər. Qərar dəniz dibi ilə uzanan sualtı kabellərə bir neçə dəfə ziyan vurulduqdan sonra qəbul edilib.
Əfsanə Kamal
Demokrat.az