Politoloq: “İran Azərbaycanda demokratik hakimiyyətin olmasından məmnun deyil”

GÜNDƏM 15 yanvar 2025, 18:31
"Belə görünür ki, İranın Azərbaycana qarşı münasibəti bəzi şərtlər daxilində heç zaman dəyişməyəcək. Çünki İranın hətta öz daxilində Azərbaycana qarşı elə tələbləri var ki, bizim üçün bu tələblərin qəbul edilməsi mümkün deyil. Bu tələblər baş tutmadıqca, münasibətlər də düzəlməyəcək".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

O bildirib ki, Azərbaycanın İsraillə münasibətlərinin normal olması İranın xoşuna gəlmir:

"İranın "şeytan" adlandırdığı ABŞ ilə Azərbaycanın normal münasibətləri də İranı qıcıqlandırır. Azərbaycanın Ermənistanla düşmən olması, İslamçı dini rejimin olmaması İranın maraqlarına uyğun gəlmir. İran ölkəmizdə sivil, sekulyar, demokratik hakimiyyətin olmasından məmnun deyil. 

Nə qədər ki, İranda yaşayan milyonlarla azərbaycanlı Azərbaycana doğma Vətən kimi baxacaq, İranın münasibətləri normallaşmayacaq. Qonşu olduğumuz üçün Azərbaycan bir çox şeylərin üzərindən keçir, münasibətlərin normal olmasına çalışır. Həmişə belə olsa da, İran dırnaqarası prinsiplərinə sadiqlikdən əl çəkmir. 

Nəzərə almır ki, Azərbaycandan umduğu şeylərin həyata keçməsi mümkünsüzdür. İranın Azərbaycana münasibətinin uzun dövr üçün normallaşması mümkünsüzdür. Hərdən müəyyən mərhələdə bir neçə müddətlik münasibətlər normallaşa bilər. Ancaq prinsiplər ortaya gəldikdə, İranın münasibəti dəyişilir. Azərbaycanın İranla münasibətləri hər zaman ehtiyatlılıq prinsipi üzərində qurulmalıdır". 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 20:16
15 yanvar 2025, 19:37
Top