Bakının Sabunçu rayonunda sevgilisini qətlə yetirməkdə ittiham olunan 48 yaşlı Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı Ruhiyyə Tahirovanın 12 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi çıxış edib. O, qadını bağışlamadığını deyib. Təqsirləndirilən şəxsin vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti proses yanvarın 21-də davam edəcək.
Qeyd edək ki, ötən ilin mayın 30-da səhər saat 9 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 38 yaşlı İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, 48 yaşlı Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Qətlə yetirilən Samir İsrafilovla hadisəni törədən Ruhiyyə Tahirova sevgili olub. Onlar uzun müddət qeyri-rəsmi nikah münasibətlərində yaşayıblar. Qadın sevgilisini yatdığı yerdə öldürüb.
Məlum olub ki, Ruhiyyə Samirdən rəsmi nikaha daxil olmasını tələb edib. Amma Samir onun tələbələrini yerinə yetirməyib. Bu səbəbdən qətl hadisəsi baş verib.
Fariz Məlikli
Demokrat.az