"Təəssüf ki, son 20-30 ildə cəmiyyətdə savadsızlıq artan tendesiya ilə davam edir. Son dövrlər təhsil sistemi məhv olub, mənəvi dəyərlər sıradan çıxıb. Həqiqi İslam əvəzinə cəhalət təbliğ olunur. Çox sayda fırıldaqçılar müxtəlif metodlarla savadsız kütlənin üzərindən yaxşı biznes qururlar. Belə hallar getdikcə artır. Ölkəmizdə bununla bağlı qanuni mübarizə üsulu yoxdur".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
O bildirib ki, bir çox ölkələrdə falçılıq kimi fırıldaq edənlər cinayət məsuliyyətinə cəlb olunur:
"Rusiyada, Tacikistanda, Türkmənistanda, Qazaxıstanda və.s ölkələrdə insanları aldadanlar cəzalandırılır. Ölkəmizdə bu fırıldaqçılar üçün azad və münbit şərait var.
Savadsılıq da paralel olaraq mövcud olduğu üçün vəziyyət getdikcə pisləşir".
Sosioloq qeyd edib ki, biz maariflənmə işini apara bilmirik:
"Eyni zamanda fırıldaqçıların cəzalanması üçün də ciddi tədbirlər görülmür.
Sovet dövründə bu cür hallarla necə mübarizə aparıldığına baxmaq lazımdır. Məktəblər formal divarları olan yerlərə çevrilib. 3-5% insan normal təhsil ala bilir. Dinə yönələn insanların ən az 95%-nin həqiqi dindən xəbəri yoxdur. Yalnız şeyxlərin, təriqətlərin, icmaların ortaya atdığı uydurma hədisləri təbliğ edirlər. Halbuki, dini baxımdan ən böyük günah cadugərlikdir. Özünə müsəlmanam deyən insanlar belə işlərlə məşğul olurlar. Onların müsəlmanlıqla əlaqəsi yoxdur. Təhsilsizlik, dini baxımdan cahillik vəziyyətin getdikcə gərginləşməsinə səbəb olacaq".
Əfsanə Kamal
Demokrat.az