Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə (adlar şərti göstərilib- red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüsal Suraxanı Rayon Məhkəməsinin 2024-cü il tarixli qətnaməsinə əsasən Nərmin ilə arasında nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş iki azyaşlı
övladları ilə görüşə icazə alması üçün həmin ilin aprelin 22-də, saat 14:36-da keçmiş arvadı Nərminin işlədiyi marketə gəlib.
Vüsal marketin qarşısında bu barədə Nərmin ilə razılıq alarkən, onun övladları üçün alimenti ödəmədiyi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyəsindən bir dəfə şillə ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ibtidai isintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, dəfələrlə zərərçəkmiş şəxsdən üzr istəyərək barışmaq istəsə də, zərərçəkmiş şəxsin onunla barışmadığını bildirib. Əlavə olaraq bildirib ki, hazırda rayonlarda usta işlədiyi üçün ona yüngül cəza verilməsini xahiş edib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminin sözlərinə görə, 2015-cü ildə Vüsal ilə rəsmi nikaha daxil olaraq evləniblər: “Nikahlarımızdan 2016-cı ildə Sənəm, 2019-cu ildə Südabə doğulublar: “Vüsal ilə evləndiyimiz vaxtdan 1 il keçəndən sonra sonuncu tez-tez evdə mübahisə edərək məni döyüb. Bir neçə dəfə Vüsal tərəfindən döyülməyim ilə bağlı şikayətlər etmişəm. Lakin azyaşlı qızlarımız olmasını nəzərə alaraq barışaraq yaşamışıq. Son 2 il olar ki, Vüsal işləmir, işləyəndə də üzərinə çoxlu borclar yığıb. Buna görə də aramızda mübahisələr olub. Bu kimi səbəblərə görə Vüsal ilə boşanaraq 2 azyaşlı qızlarımı da özüm ilə götürdüm və valideynlərimin evinə getdim”.
Zərərçəkmiş qeyd edib ki, Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə rəsmən boşanıb: “Boşandıqdan sonra Vüsal aliment ödəmədi. Məlum hadisə günü, saat 15:30-da marketdə işdə olduğum zaman Vüsal ora gəldi, mənimlə danışmaq istədiyini bildirdi. Marketdən bayıra çıxmağımı xahiş etdi. Marketdə səs-küy olmasın deyə etiraz etmədim, mağazanın qarşısına çıxdım. Mağazanın qarşısında Vüsal bildirdi ki, nə üçün uşaqlar ilə görüşməyə icazə vermirəm. Mən də ona izah etdim ki, qızlarımın maddi ehtiyaclarını təmin etmək üçün aliment ödəməyi vacibdir. Alimenti ödəsin, qızları ilə də görüşsün. Lakin Vüsal bunu başa düşmədi, mübahisə etdi və gözləmədiyim anda sağ əlim ilə çənə nahiyəmin sol tərəfinə zərbə ilə bir şillə vuraraq dərhal da getdi. Vüsalən şillə zərbəsi güclü olduğuna görə çənə nahiyəmdə şiddətli ağrılar başladı. Buna görə də telefonla Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə zəng edərək Vüsal tərəfindən döyməm barədə şikayət etdim. Şikayətimdən sonra Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etdim. Vüsal şillə ilə çənə nahiyəmə vurması 1-2 saniyə anında baş verdi. Hadisənin şahidi kimlər olduğunu bilməmişəm. Çünki həmin vaxt yanımızda kənar adam olmayıb. Vüsaldan şikayətçiyəm. Ona ağır cəza verilməsini xahiş etmişəm.
Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 1500 manat miqdarında cərimə olunub.
Fariz Məlikli
Demokrat.az