"Uşağa baxmaq üçün analara verilən müavinət dəfələrlə artırılmalıdır" — AÇIQLAMA

GÜNDƏM 10 yanvar 2025, 18:30
"Uşağa üç yaşınadək baxılması üçün analara verilən aylıq müavinətin miqdarı gülüncdür. Müavinəti isə yalnız rəsmi iş yeri olan analar ala bilirlər. Günəmuzd çalışan, rəsmi iş yeri olmayan, əmək müqaviləsi olmadan çalışan analara bu müavinət belə verilmir".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. 

"Analar uşaqların südəmmə dönəmində məcburiyyətdən evdə qalmalı olurlar. Bununla bağlı bir neçə yerdən analara problemlər yaranır. Uşağın südəmmə dönəmində ana məcburdu ki, uşağına özü baxsın. Böyük rəqəmlər yox, ayda 150-200 manata qədər müavinət ayrılsa, bir çox problemlər həll olunacaq. Uşağın anadan olmağına görə verilən birdəfəlik müavinətin də miqdarı azdır. Uşaqların ən azından ana südündən qidalandığı dövrdə anaya dövlət dəstəyi olmalıdır. Analar işə çıxmağa məcbur olduğu üçün körpələrini süni qida ilə qidalandırmağa məcbur olurlar. Ana südü ilə qidalanmayan uşaqlarda immunitetlə bağlı problemlər yaranır. Ana arxayın olmalıdır ki, dövlət hər ay onun təminatını həyata keçirəcək. Bu rəqəmlər dəfələrlə artırılmalıdır". 



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 yanvar 2025, 20:59
Top