"Təbrizdə küçələrə Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəkilləri vurulub. Bu, çox maraqlı hadisədir. Ərdəbilin imam cüməsi bir neçə gün bundan öncə bir görüşdə prezidentlərə qarşı nalayiq ifadələr işlətmişdi. Bu görüş İran rəsmi televiziyasında canlı yayınlanmışdı. Azərbaycan Prezidenti buna öz etirazını bildirdi. Güney azərbaycanlılar Prezident İlham Əliyevə öz dəstəyini nümayiş etdirdi. Onlar Prezidentin şəkillərini Təbrizin küçələrinə yapışdırırlar".
Bu sözləri Demokrat.az-a açıqlamasında güneyli politoloq Əlirza Zəmani deyib.
O bildirib ki, şəkillərin üzərində "Qarabağ qəhrəmanı", "Başqan İlham Əliyev" kimi sözlər yazıblar:
"Güney azərbaycanlı əhali İranın mərkəzdən idarə olunan siyasəti ilə ayaqlaşmaq istəmir. Əhali onların siyasətindən kənarda, Azərbaycan və Türkiyənin yanındadır. Türk toplumu olaraq türk dünyasına meyillidirlər. İranın fars və dini siyasətinin tamamilə əleyhinədirlər".
Əfsanə Kamal
Demokrat.az