"Oleq Bakinski”nin məhkəməsi başladı

KRİMİNAL 10 yanvar 2025, 16:42
Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleq Andreyevic və Kucher Kostıanyn Antonovıchin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

O bildirib ki, Ukrayna dilində bilir, həmin dildə tərcüməçi ilə təmin olunmasını istəyib. Rus dilində tərcüməçi ilə təmin olunan təqsirləndirilən şəxsə hüquqları izah olunub. 

Krapivin Oleq Andreyevic deyib ki, hazırlıq iclasında Rus dilindən tərcüməçiyə etiraz etməyib, amma məhkəmə baxışında Ukrayna dilində tərcüməçi ilə təmin olunmasını istəyib.

Digər təqsirləndirilən Kucher Kostıanyn Antonovıchin Azərbaycan dilində sərbəst danışa bildiyini, Şamaxı rayonunda anadan olduğunu deyib. Onun 8 uşağı olduğu qeyd olunub. 
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müəyyən edilib. 

İclasda hakim media nümayəndələrin çəkiliş aparması müzakirə edilib. "Oleq Bakınski" və digər təqsirləndirilən çəkilişə etiraz edib. Onun vəkilləri də etiraz ediblər. Yerində müşavirə keçirən hakimlər hazırkı mərhələdə iclasda çəkilişib qadağan olunması barədə qərar qəbul ediblər. 

Müəyyən edilib ki, Kucher Kostıanyn Antonovıchin Ukrayna Müdafiə Sənayesi Nazirliyinin Avrasiya Məsələləri üzrə müavini olub. 

Kucher Kostıanyn Antonovıchin vəkili vəsatətlə çıxış edib. Vəkil bildirib ki, müvəkkilin əməlində dələduzluq faktı yoxdur. Vəkil qeyd edib ki, absurd ittihamlar nəticəsində müvəkkili həbsdədir. O, Kucher Kostıanyn Antonovıchin barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz olunmasını istəyib. 

Vəkil daha sonra vəsatətində müalicə yoxlaması aparılması üçün müstəqil adutor işə cəlb olunmasını xahiş edib.

Vəkil həmçinin zərərçəkmiş şəxsin köynəyində olan qanın  bioloji nümayməsi götürülməsi, ekspertizaya verilməsini xahiş edib. Vəkil iddia edib ki, ekspertiza keçirilən zaman qan nümunələri götürülsə də, həmin qanın zərərçəkmişə aid olub-olmadığı müəyyən edilməyib. Buna görə də qandan bioloji nümanə götürülməlidir, ekspertizaya təqdim edilməlidir. 

Vəkil həmçinin cinayət işin yenidən araşdırılması üçün prokurorluğa qaytarılması barədə vəsatət verib. 

Təqsirləndirilən Krapivin Oleq Andreyevicin vəkili çıxış edib. O bildirib ki, müvəkkilin ev dustaqlığına buraxılmasını istəyib. 

Vəkil həmçinin təqsirləndirilən şəxslərin barəsində olan cinayət işləri ayrılmasının, hər birinin ayrı icraatda araşdırılmasını istəyib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. 

Zərərçəkmiş şəxsin nümayəndəsi Samir İsayev vəsatətlərin təmin olunması istəyib. 

Krapivin Oleq Andreyevicin deyib ki, 6 aydır həbsdə saxlanılır. O, heç kimi vurmadığını deyib, günahsız yerə həbsdə saxlanılır. 

Daha sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar. Qərara görə, vəsatətlər təmin edilməyib. 

Həmçinin zərərçəkmişdənnqün nümunəsi götürülməsi, ekspertizaya təyin olunması barədə vəsatət təxirə salınıb.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. 

Məhkəmə baxışı yanvarın 24-ə təyin olunub. 

Qeyd edək ki, cinayət işi üzrə Zaxarenkov Valeriy Nikolayeviç zərərçəkmiş qismində tanınıb.

İş üzrə daha iki şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapchast” Açıq Səhimdar Cəmiyyəti və “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.

Oleq Krapivin kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır.

Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Kucher Kostıanyn Antonovıchin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top