Bakıda quldurluqda şübhəli bilinənlər saxlanıldı

KRİMİNAL 10 yanvar 2025, 18:45

Sabunçu rayonu ərazisində yerləşən komplekslərin birindən naməlum şəxsin oğurluq etməsi və nəticədə zərərəçəkənə 10000 manat maddi ziyan vurması, daha sonra gözətçini kəsici alətlə hədələyərək hadisə yerindən qaçması barədə polisə məlumat daxil olub.

Bu barədə Demokrat.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 39 yaşlı N.Quliyev və 34 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

Araşdımalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 yanvar 2025, 20:59
Top