Dünya Özəl

Tonlarla neft daşıyan tanker idarədən çıxıb

Tonlarla neft daşıyan tanker idarədən çıxıb

Panamabayraqlı tankerAlmaniyasahillərində Baltik dənizində idarədən çıxıb.

Demokrat.az xəbər verir ki,DPAagentliyinin məlumatına görə, gəmidə təxminən 99 min ton neft var.

Məlum olub ki, gəminin uzunluğu 274 metrdir. Gəmi Rusiyanın Ust-Luqa limanından MisirinSəidə limanınagetmək üçün yola çıxıb.

Hazırda ətraf mühit üçün heç bir təhlükə yoxdur. Agentlik yazır ki, ekipaj gəminin göyərtəsində qalır, evakuasiyaya ehtiyac yoxdur.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova