Bakıda 1983-cü il təvəllüdlü Namiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Olesyaya xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 yanvar 2024-cü ildə baş verib. Namiq orta dərəcəli sərxoş vəziyyətdə həmin gün, saat 23:30-da qaynanasının yaşadığı evdə arvadı Olesya ilə aralarında qısqanclıq zəminində yaranmış münaqişə zamanı istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik olan bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib: “Olesyanı öldürmək niyyətim olmayıb. Neçə ədəd xəsarət yetirdiyim yadımda deyil. Restoranda mübahisə etdiyim şəxslər dost yox, tanışlarım olub. Əsəblərimə tab gətirə bilmədiyim üçün hadisəni törətmişəm”.
İş üzrə zərərçəkmiş Olesyanın sözlərinə görə, uşaq bağçasında müəllimə işləyir: “Səhər saatlarında həkimə getdim. Həkimdən qayıdarkən yolda baldızımın həyat yoldaşı Vadimi gördüm. Evə qayıdarkən Vadim ilə birlikdə qayıtmışıq. Halım pis olduğu üçün Vadim mənim əlimdən tutdu. Evə çatana yaxın Namiqi gördük. Namiq qışqıra-qışqıra haradan gəldiyimizi soruşdu. Mən isə həkimdən gəldiyimi, yolda Vadimi gördüyümü və halımın pis olduğunu dedim. Evə gəldikdə sözlə mübahisələrimiz oldu, sonra uşaqları götürərək Vadimlə birlikdə getdik. Namiq mənə bıçaqla ardıcıl olaraq xəsarətlər yetirdi. Hadisə anı tam yadımda olmasa da, özümün otaqdan qaçaraq çıxdığımı xatırlayıram. Bu hadisəyə qədər aramızda ciddi münaqişə olmayıb. Namiq otağa daxil olarkən əlində bıçaq görməmişəm. Baş vermiş hadisədə heç kimi günahkar hesab etmir. Vadimlə sevgi münasibətmi olmayıb. Vadim də Namiqə “1 il ərzində Olesyaya 5 dəfə yazmışamsa böyük bir şeydir” sözlərini dedi. Vadim baldızımın həyat yoldaşıdır, bir evdə yaşamışıq, ailəvi münaqişələr barədə yazışmışıq. Vadim mənim halımın pis olduğunu gördükdə əlimdən tutdu. Mən xəstə deyildim, can həkiminin yanına getmişdim”.
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslə rəsmi olaraq nikahdadırlar, boşanmaq üçün məhkəməyə müraciət edib. O, təqsirləndirilən şəxslə barışmayıb, lakin onu bağışlayır, ona qarşı şikayəti yoxdur.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namiqin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az