Quba rayonunda ər-arvadın mübahisəsi cinayət işi ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun kəndlərindən birində baş verib. Kənd sakini Sabir yaşadığı evdə arvadı Təranə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, mübahisəyə səbəb Təranənin ərinə spirtli içki içməsinə görə irad bildirməsi olub. Mübahisə zamanı Sabir arvadının sol qulaq nahiyəsinə və boynuna zərbələr endirərək ona xəsarətlər yetirib.
"Niyə evə gec gəldin?" sualına görə arvadını döydü
Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi - Dava düşdü
Azərbaycanda məktəbli qızla əxlaqsızlıq edən iki dost cəzalandırıldı
Faktla bağlı Sabir barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sabir bildirib ki, hadisə günü saat 23 radələrində spirtli içkinin təsiri altında yaşadığı evə gəlib. Spirtli içki qəbul edərək evə gəlməsi səbəbindən arvadı ilə aralarında mübahisə yaranıb. Onun sözlərinə görə, həmin vaxt əsəbiləşərək arvadının paltarından tutub və əli ilə onu vurub. Bu zaman anası digər otaqdan gələrək onları ayırıb və Sabiri sakitləşdirib.
O qeyd edib ki, arvadı ilə mübahisəsi təxminən 5-6 dəqiqə davam edib və hadisə zamanı orada başqa heç kim olmayıb.
İş üzrə zərərçəkmiş Təranə ifadəsində əri Sabirlə barışdığını və onun barəsində şikayətinin olmadığını bildirib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


