Bir vaxtlar "Yetenek Sizsiniz" yarışmasında nağara ifası ilə məşhurlaşan Baha Bayırlı artıq böyüyüb. Hülya Avşarla səhnədə yaşadığı səmimi anlarla yadda qalan Baha Gözəl Sənətlər Liseyinin klarnet ixtisasını bitirib və hazırda universitetə hazırlaşır.
"Niyə evə gec gəldin?" sualına görə arvadını döydü
Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi - Dava düşdü
Azərbaycanda məktəbli qızla əxlaqsızlıq edən iki dost cəzalandırıldı
Cəmi 4 yaşı olarkən yarışmaya qatılan Baha enerjili çıxışı, şirin davranışları və nağara ifası ilə tamaşaçıların sevgisini qazanaraq yarımfinala qədər yüksəlmişdi. Hülya Avşarın onu qucağına alaraq sevgi göstərməsi də proqramın yaddaqalan anları arasında yer almışdı.
İllər keçsə də, Bahanın musiqiyə marağı azalmayıb. Nağara ilə yanaşı, bir neçə musiqi alətində ifa edən gənc hazırda universitet və qabiliyyət imtahanlarına hazırlaşır. Onun son görüntülərində yenidən nağara arxasında görünməsi uşaqlıqdan başlayan musiqi yolunu davam etdirdiyini göstərir.


