Aparıcı Vüsalə Əlizadənin sosial şəbəkədə paylaşdığı görüntüsü müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, izləyiciləri onun çənəsinə estetik prosedur etdirdiyini iddia ediblər. Vüsalə isə arıqladığı üçün belə göründüyünü bildirib:
"Çənə dolğusu etdirməmişəm. Bilib-bilmədən fikir formalaşdırmayın. Üzümdə 5 və 7 nöqtə prosedurları var. Alın və mimik qırışları üçün ildə bir dəfə botoks olunur. Çox çəki atmışam və olan sümüklər də üzə çıxıb. Məncə, arıqlayanda belə olması normaldır".