ABŞ Ukraynada səfərbərlik yaşının azalacağını proqnozlaşdırıb

DÜNYA 13 yanvar 2025, 20:15
Ukrayna rəhbərliyi son nəticədə səfərbərlik yaşını 18 yaşa endirmək qərarına gəlməli olacaq. 

Demokrat.az
xəbər verir ki, Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bunu Bloomberg- ə müsahibəsində  deyib.

Jurnalistlər ondan Ukraynada səfərbərlik yaşının 18 ilə endirilməsinin mümkünlüyünü dəyərləndirməyi xahiş ediblər. Amerika rəsmisi cavabında qeyd edib ki, müvafiq qərarı yalnız Kiyev verə bilər.

ABŞ prezidentinin məsləhətçisinin sözlərinə görə, Ukraynada hərbi kadr çatışmazlığı bütün münaqişə boyu artıb. Lakin bu problem 2024-cü ildə xüsusilə kəskinləşib.

O bildirib ki, Co Baydenin administrasiyası Donald Trampın komandasına Ukraynada əsgər çatışmazlığı ilə bağlı xəbərdarlıq edib.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top