Yer kürəsindəki dillərin 40%-i yox olmaq üzrədir

DÜNYA 13 yanvar 2025, 20:30
Yer üzündəki dillərin təxminən 40%-i yox olmaq təhlükəsi ilə üz-üzədir.

Demokrat.az
xəbər verir ki, bu barədə Avstraliya Milli Universitetinin alimləri araşdırma aparıb.

Hər iki həftədən bir dil yox olur. Bu, mədəni müxtəlifliyi əhəmiyyətli dərəcədə azaldır. 

Araşdırmaya görə, bu gün mövcud olan yeddi min dilin 40%-dən çoxu yox olmaq təhlükəsi ilə üz-üzədir və 21-ci əsrin sonunda onların sayı beş dəfə azala bilər.

Dillərin yoxa çıxması təbii fəlakətlər səbəbindən, tədricən sosial-iqtisadi dəyişikliklər nəticəsində baş verir. Bəzi dillər digərlərini sıxışdıraraq daha prestijli və tələbatlı olur ki, bu da azlıqların doğma dillərini itirməsinə səbəb olur. Bu tendensiya mədəni irsə ciddi ziyan vurur, çünki dillər ənənələrin, tarixi yaddaşın və unikal dünyagörüşünün daşıyıcısıdır.

Şimali və Mərkəzi Amerika, Qərbi Afrika və Şimali Avstraliyanın dilləri də risk altındadır.

Alimlər xəbərdarlıq edirlər ki, bu gün fəal şəkildə istifadə olunan dillər də yaxın onilliklərdə yox ola bilər. Onların itkisi təkcə dil itkisi deyil, həm də nəsillər boyu toplanmış bilik və mədəni sərvət itkisi olacaq.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top