Beyonsdan yanğınlardan əziyyət çəkənlərə REKORD İANƏ

DÜNYA 14 yanvar 2025, 09:51
Məşhur müğənni Beyons Los-Ancelesdə meşə yanğınlarından əziyyət çəkənlərə rekord məbləğdə ianə bağışlayıb.

Demokrat.az "Dail Mail"ə istinadən xəbər verir ki, bu 2.5 milyon dollardır. Sözügedən vəsait təbii fəlakət zamanı evi yanan Los-Anceles sakinlərinə təqdim ediləcək.

Bu barədə "LA Yanğın Yardım Fondu"nun əməkdaşları məlumat yayıb.

Xatırladaq ki, ABŞ-ın Los-Anceles şəhərində baş verən yanğınlarda ölənlərin sayı 24-ə çatıb.

Səlahiyyətli şəxslər yanğının geniş əraziyə yayılmasına səbəb olan küləyin yenidən güclənəcəyi barədə xəbərdarlıq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top