Abşeron rayonunda 2001-ci il təvəllüdlü Sabit şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əhmədi (adlar şərti göstərilib – red.) bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sabit 22 aprel 2023-cü ildə, saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Xəngəl” adlı kafenin qarşısında Əhmədin onun tanışları ilə mübahisə etməsi, eləcə də Əhmədin onun sifət nahiyəsindən kəllə zərbəsi vurmaqla ona qanunsuz hərəkətlər etməsində hiddətlənib.
Sabit aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Əhməddən qisas almaq niyyəti ilə əlində olan bıçaqla qəsdən onun qarnına bir dəfə və sol böyrək nahiyəsinə bir dəfə vurub.
Hadisəni törədən Sabitin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabit ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, aprelin 22-də Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qarabağ” adlı restoranda toy məclisində olarkən telefonla danışmaq üçün restoranın qarşısına həyətə düşüb:
“Bu zaman restoranın yaxınlığında olan kafenin qarşısında mübahisə baş verdiyini gördüm. Mən də həmin vaxt sərxoş vəziyyətdə olmuşam. Mübahisənin baş verdiyi yer istiqamətində getdiyim zaman yerdə bıçaq gördüm və həmin bıçağı götürdümş. Mübahisənin olduğu yerə çatdıqda Əhmədi qucaqlayaraq saxladım. Əhməd məni kəllə ilə vurdu. Həmin vaxt mənim ağzım partladı. Daha sonra onunla aramızda dava baş verdi. Əhmədə bıçaqla 2 zərbə endirdim. Lakin bıçağı onun hansı nahiyələrindən vurduğumu görmədim. Əhmədi bıçaqla vurduqdan sonra oradan qaçdım. Əhmədi vurduğum bıçağı yerdən tapmışdım. Yəqin etdiyimə görə həmin bıçaq restoranın qabağına mübahisə vaxtı düşüb. Əhmədi bıçaqla vurmağımın səbəbi özümü itirməyim və qorxmağım olub. Törətdiyim əməldən peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əhmədin sözlərinə görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qarabağ” adlı restoranın qarşısında ona məxsus obyekt var idi:
“Aprelin 22-də həmin obyektdə qonaqlarım ilə birlikdə oturmuşdum. Həmin vaxt obyektin qarşısında mübahisə baş verdiyini gördüm. Mən də həmin mübahisəni sakitləşdirmək istəyirdim. Bir nəfərin əlində boru gördümş. Həmin borunu ondan götürdüm. Mübahisə edən şəxsləri aralaşdırdım. Daha sonra Sabit yenidən gəldi və məni araladı. Həmin vaxt hiss etməsəm də, sonradan böyrək nahiyəmdə istilik hiss etdim, qan gəldiyini gördüm. Təqsirləndirilən şəxslə barışmışam”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Sabitin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az