Rüfət Nasosnu ilə türk müğənni arasında nə baş verib?

ŞOU-BİZNES 13 yanvar 2025, 17:33
Meyxanaçı Rüfət Nasosnu türkiyəli sənətçi Ahmet Enesə 1500 dollar məbləğində cərimə ödəməli olması ilə bağlı məsələyə aydınlıq gətirib.
 
O, Qaynarinfo-ya açıqlamasında sözügedən cəriməni ödəməyəcəyini bildirib:

"Bununla bağlı türkiyəli müğənni "Instagram" hesabında da yazmışdı. Hadisə 2013-cü ildə olub. Cəriməni ödəmədim. Mahnını sildim". 

Xatırladaq ki, meyxana ifaçısı Rüfət Nasosnu 2013-cü ildə türkiyəli sənətçi Ahmet Enesə aid olan "Get" adlı mahnını ifa edib. Buna görə sənətçinin komandası ona 1500 dollar məbləğində cərimə tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 yanvar 2025, 22:40
Top