TƏCİLİ! Tanınmış dövlət xadimi vəfat etdi

HADİSƏ 13 yanvar 2025, 21:37
Xaçmaz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan ictimai-siyasi və dövlət xadimi Şəmsəddin Xanbabayev vəfat edib.

Bu barədə Demokrat.az-a mərhumun yaxınları məlumat verib.

Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.

O, sabah Bakıda dəfn ediləcək. 


Xatırladaq ki, Şəmsəddin Xanbabayev 23 oktyabr 2004-cü ildən 31 oktyabr 2019-cu ilədək Xaçmaz rayonunun icra başçısı olub.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top