ABŞ-ın yeni hakimiyyəti Cənubi Qafqazda daha çox Azərbaycana önəm verəcək — AÇIQLAMA

SİYASƏT 14 yanvar 2025, 13:27
Yanvarın 14-də Vaşinqtonda xarici işlər naziri Ararat Mirzoyan və dövlət katibi Entoni Blinken Ermənistanla Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. 

Bu strateji tərəfdaşlıq regiona necə təsir edəcək?


Bununla bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib ki, Bayden administrasiyasının səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış bu addım gözlənilən idi. 



Onun sözlərinə görə, ABŞ-ın yeni hakimiyyəti Cənubi Qafqazda daha çox Azərbaycana önəm verəcəyi proqnozlaşdırılır:

“Tramp Baydendən daha fərqli siyasət yürüdəcək. Strateji sənədi imzalamaqla Trampın üstünə Ermənistanı dəstəkləmək öhdəliyi qoyulur. Lakin bu elə də uğurlu addım olmayacaq.  Yeni administyrasiyadan yeni addımlar görəcəyik. 

Həmçinin, yeni administyrasiya Azərbaycanla da eyni razılaşmalar əldə edə bilər. Tramp bunları etməzsə regiondakı siyasəti effektsiz ola bilər. Azərbaycan tərəfi hər zaman sülhə çağırışlar edir. Ermənistanın bunun üzərinə başqa addımlar atmasının nəticəsini dəfələrlə görmüşük. Bu da həmin nəticələrdən biri ola bilər”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top