Rusiyanın Penza və Ulyanovsk hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Rosaviasiya" (Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi) nümayəndəsi Artem Korenyako teleqram kanalında bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər Kazan və Saratov hava limanlarında tətbiq olunmaqda davam edir. Korenyako qeyd edib ki, təyyarənin ekipajları, hava hərəkəti dispetçerləri və aeroport xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.