Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırıb

DAXİLİ SİYASƏT 14 yanvar 2025, 21:00
Naxçıvanda Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.

Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.

Xatırladaq ki, federasiya 2018-ci ildə yaradılmışdı və sədri Xəyal Abdullayev idi.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sədrlik etdiyi Şahmat Federasiyası və qardaşı Məhərrəm Talıbovun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Boks Federasiyası da fəaliyyətini dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top