Azərbaycanda bu məhsulların qiyməti BAHALAŞDI

SOSİAL 14 yanvar 2025, 19:12
Son günlər paytaxtda gigiyenik məhsulların qiymətində artım müşahidə olunur. Əvvəllər 5-6 manat təşkil edən baxım məhsulları hazırda marketlərdə 10-12 manata təklif olunur.

Qeyd edək ki, ötən ilin sonlarında qida məhsullarının qiymətində, bu ildən isə gigiyenik məhsulların qiymətində artım qeydə alınır.

Bununla bağlı iqtisadçı Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, qiymət artımının səbəbləri müxtəlif ola bilir.

Onun sözlərinə görə, idxal qiyməti artmayıb:

“Belə hallarda xarici bazara nəzər yetirmək lazımdır. Nəzər yetirdikdə görürük ki, xarici bazarda birdən-birə artım yoxdur da. Buna görə də böyük ehtimal olunur ki, bu daxili bazarla bağlıdır. Bu zaman bazarda bir effekt olur. 

Həmin effekt qiymət artımının gözləmə effekti adlanır. Yəni, o malları gətirənlər artıq öz xərclərinin artmasını gözləyirlər. Buna görə də qabadan gəlmişlik edirlər. Bu zaman da qiymətləri qaldırırlar. Mağazalarda da həmin məhsullar bahalaşır”. 


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top