“Neftçi” ilk transferini açıqladı

İDMAN 14 yanvar 2025, 19:36
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. 

Demokrat.az xəbər verir ki, Bakı klubu yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori ilə anlaşıb.

18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 yanvar 2025, 00:16
Top