Bu qidalar uşaqlarda çənə və diş quruluşuna ziyan vurur

MARAQLI 14 yanvar 2025, 18:19
Ultra emal olunmuş qidalar uşaqlarda çənə və diş quruluşunu pozur.

Demokrat.az
xəbər verir ki, bu barədə Valensiya Katolik Universitetinin alimləri araşdırma aparıb. 

Alimlər çənə inkişafında çeynəməyin əhəmiyyətinə diqqət çəkib. 

Daim yumşaq və işlənmiş qidalarla qidalanan uşaqlarda çənə inkişafı olduqca zəif irəliləyir.  Çünki ultra emal olunan qidalar çeynəmə tələb etmir. Nəticədə çənə və üz əzələləri zəif qalır. 

Tədqiqat çərçivəsində 3-5 yaş arası 25 uşağın qidalanma vərdişləri və diş quruluşları araşdırılıb.

Yumşaq qidalarla qidalanan uşaqların dişləri arasında təbii boşluqların olmadığı və bu vəziyyətin sonrakı yaşlarda breket istifadəsini tələb edə biləcək problemlərə səbəb olduğu müəyyən edilib. 


Əfsanə Kamal
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top