Bu peşələr aktuallığını itirəcək — Süni intellektin inkişafı əmək bazarına necə təsir edəcək?

İKT 13 yanvar 2025, 18:13
Dünya iqtisadi forumunun yeni hesabatına əsasən, bir çox iri şirkətlər 2030-cu ilə qədər süni intellektdən istifadə etməklə işçi qüvvəsini azaltmağı planlaşdırır. 

Süni intellektin inkişafı əmək bazarına necə təsir edəcək? 

Bununla bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, 4 sənayə inqlabının tətbiqindən sonra bir çox peşələr aktuallığını itirib, yeni peşələr formalaşması gözləniləndir:



“Dünya İqtisadi Forumunun (WEF) yeni hesabatına əsasən, bir çox iri şirkət 2030-cu ilə qədər süni intellektdən istifadə edərək iş tapşırıqlarını avtomatlaşdırmaq və işçi qüvvəsini azaltmağı barədə proqnozu əmək bazarına bir sıra təsirləri olacaqdır. Bununla yanaşı süni intellekt texnologiyasının tətbiqi bu proesesi sürətləndirir. Gözləniləndir ki, bir çox peşələr aktuallığını itirsin. Hər bir halda bu proses uzun müddət çəkəcək və bu müddət ərzində yumşaq keçid ilə xautik vəziyyət yaranmadan şirkətlər və işçilər arasında tənzimlənəcək. İşçi qüvvəsinin azalması gözlənilmir, insan faktoru daim proseslərdə olacaq sadəcə peşələr dəyişə bilər. Şirkətlərin iş tapşırıqlarını avtomatlaşdırması nəticəsində bir sıra peşələr üçün tələbat azalacaq.  Məsələn, qrafik dizaynerlər və digər manuel işlər üçün ehtiyac azalacaq, bunun əvəzinə yeni peşələr formalaşacaq, yeni kadr ehtiyacları yaranacaq. Yeni bacarıqların tələbatı süni intellektin inkişafı ilə birlikdə, işçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması vacib olacaq. Xüsusən texnologiya mütəxəssislərinə tələbatı artıracaq. İşçi qüvvəsinin yenidən təşkil edilməsi, işçilərin müxtəlif peşələrə keçmələri və yeni bacarıqlar öyrənmələri vacib olacaq. Bu prosesdə dövlət, özəl və təhsil müəssisələri birlikdə iştirak edəcək. İqtisadi inkişafla süni intellektin inkişafı birlikdə əmək mənfəətlərinin artmasını və iqtisadi inkişafı təmin edə biləcək”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top