İngiltərə Kuboku: "Mançester Yunayted" penalti seriyasında qalib gəldi

GÜNDƏM 12 yanvar 2025, 23:01
Futbol üzrə İngiltərə Kubokunun 1/32 final mərhələsinin mərkəzi oyunu baş tutub.

Oxu.Az xəbər verir ki, Londonda keçirilən oyunda Mikel Artetanın rəhbərlik etdiyi "Arsenal" Ruben Amorimin "Mançester Yunayted"ini qəbul edib.

Oyunun əsas vaxt 1:1 hesabı ilə başa çatıb. "Mançester Yunayted"dən 52-ci dəqiqədə Fernandeş, "Arsenal"dan isə 63-cü dəqiqədə Maqalyans fərqlənib. Uzatma dəqiqələrində də hesab dəyişmədiyinə görə oyunda penaltilər seriyası baş tutub.

Penaltilər seriyasında 5:3 hesabı ilə qalib "Mançester Yunayted" növbəti mərhələyə yüksəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 yanvar 2025, 20:32
Top