"Blinkenin səfəri zamanı Cənubi Qafqaza dair məsələlərə də toxunula bilər"

GÜNDƏM 06 yanvar 2025, 21:00
ABŞ dövlət katibi Antoni Blinken 4-9 yanvar tarixləri arasında Koreya Respublikası, Yaponiya və Fransaya səfər edəcək.

Bununla bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib.

O bildirib ki, Blinken öz fəaliyyət dövrünün sonunda bir sıra səfərlər həyata keçirəcək: 

“Bu səfərlərin xarakter və coğrafiyasına baxanda görürük ki, səfərlər ABŞ-ın müttəfiqləri arasındadır. Koreya Respublikası, Yaponiya və Fransa səfərlərinin əsas məqsədi siyasi gündəliyə uyğunlaşdırmaqdır. Yanvarın 20-dən sonra artıq ABŞ dövlət katibi dəyişəcək. Yeni katib bu işi icra edəcək. Həm Avropa, həm də Uzaq Şərq ABŞ üçün daim önəmlidir. Avropada Rusiya-Ukrayna müharibəsi, Uzaq Şərqdə də Çin təhlükəsi ABŞ üçün mövcuddur. Eyni zamanda, Şimali Koreyanın nüvə tədqiqatları və balistik raketləri sınaqdan keçirməsi ehtimalını da nəzərə alaraq, ABŞ növbəti dəfə  Cənubi Koreya və Yaponiyaya öz dəstəyini ifadə edəcək. Əsasən belə fəaliyyətlər yaxından izlənilir. Trampın dövründə də Şimali və Cənubi Koreya arasında təmaslar formalaşmışdı. Bu mühüm diplomatik addım hesab olunurdu. Hazırda Tramp keçmiş ənənəsinə uyğun addım ata bilər. Burada fəaliyyət çox şaxəlidir. Fransaya gəldikdə isə Cənubi Qafqaza dair məsələlər müzakirə oluna bilər”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top