Hacıqabulda baş verən qəzada xəsarət alanların son durumu açıqlandı

HADİSƏ 03 yanvar 2025, 12:59
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Yanvarın 2-də Hacıqabul rayon Qədirxum ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan yeddi nəfər (dörd kişi, üç qadın cinsli) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Həkimlərin səylərinə baxmayaraq 1996-cı il təvəllüdlü Aminə Fikrət qızı Qəhrəmanovanın, 2018-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanovanın və 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhrəmanovun həyatını xilas etmək mümkün olmayıb.

Digər dörd nəfər isə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 yanvar 2025, 12:15
05 yanvar 2025, 11:32
Top