Afrika ölkələrindən olan miqrantları daşıyan iki qayıq Tunis sahillərində qəzaya uğrayıb. Nəticədə ən azı 27 nəfər həlak olub.
Demokrat.az xəbər verir ki, bu barədə “Mosaique FM” radiosu məlumat yayıb.
Məlumata görə, 83 nəfər xilas edilib. Hadisə Sfaks şəhəri yaxınlığında baş verib. Ölənlər arasında qadın və uşaqlar var. Qayıqlarda ümumilikdə təxminən 110 nəfər olub.