Cəlilabadda 58 yaşlı kişi həkim tərəfindən döyüldü

HADİSƏ 27 dekabr 2024, 22:56
Cəlilabadda həkim xəstəni döyüb.

Hadisə Cəlilabad rayon mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov, 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb.

Nəvələrdən birinin səhhəti ağırlaşıdğını görən baba, Davud adlı həkimdən kömək istəyib. Lakin bu zaman o, həkimin müqavimətilə üzələşib. Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu deyir.

Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin kadrları təhlükəsilik kameralarına da düşüb.

Fakt araşdırılır. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 dekabr 2024, 13:19
Top