Bakı Türk Liseyinin məzunu dünyanın ən reytinqli universitetinə QƏBUL OLUNDU

SOSİAL 18 dekabr 2024, 16:52
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 2024-cü il məzunu Sevinc Mahmudova dünyanın ən nüfuzlu universitetlərinin reytinq lideri olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlu bildirib.

“Məzunumuzu ürəkdən təbrik edir, əməyi keçən fədakar insanlara təşəkkür edirik”, - deyə K.Bektaşoğlu sevincini bölüşüb.

Direktor xatırladıb ki, Sevinc Mahmudova Respublika Fənn Olimpiadalarından 1 qızıl, 2 gümüş medal, Avropa Qızlar Riyaziyyat Olimpiadasından (EGMO) 2 bürünc medal, Beynəlxalq Riyaziyyat Olimpiadasından (IMO) isə 1 bürünc medal qazanıb. O, hazırda Cənubi Koreyanın Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST)  I kursunda təhsil alır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top