"Media İnkişafı Agentliyinin start verdiyi “Media savadlılığı” həftəsi cəmiyyətin informasiya axınında düzgün istiqamətlənməsi, dəqiq, etibarlı xəbərlərə çıxış imkanlarının artırılması baxımından çox böyük əhəmiyyət daşıyır. Saxta xəbərlərlə, dezinformasiyalarla hər gün saysız-hesabsız şəkildə qarşılaşırıq. Bu da onu göstərir ki, müasir dünyada informasiya çirkliliyi artıq adi normaya çevrilir və sürətlə cəmiyyətləri öz təsirinə salır. Bunun üçün də media savadlılığı çox vacib məsələdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyət" qəzeti və "Cebhe.info" xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.
O bildirib ki, bu gün əsas hədəflərdən biri cəmiyyətin informasiya çirkliliyindən qorunmasıdır:
"Prosesi dərinləşdirmək, maarifləndirmə, ictimai müqaviməti artırmaq və cəmiyyətin müxtəlif seqmentlərinin bu prosesdə aktivliyi təmin edilməsi ilə saxta xəbərlərə və dezinformasiyalara qarşı mübarizə aparmaq mümkündür.
Media savadlılığı cəmiyyətin informasiya resurslarından səmərəli və düzgün istifadəsində vacib elementlərdən biridir. İnformasiya istifadəçilərinin xəbəri öyrənmək, dədqiqləşdirmək, yayılan məlumatın təhlili baxımından məlumatlara malik olması önəmlidir.
Reallıq budur ki, məlumat və ya informasiya bolluğu cəmiyyətdə müxtəlif çaşqınlıqlar yaradır. Bəs informasiya istehlakçısına düzgün və dəqiq, qərəzsiz məlumatlar necə əlçatan ola bilər?
Ona görə də informasiyanın etibarlılığını dəqiqləşdirmək lazımdır. Dəqiqləşmə isə bir neçə mənbədən olmalıdır ki, etibarlılığına şübhə qalmasın.
Bununla doğru məlumatı yanlış və ya saxta informasiyadan ayırmaq mümkündür. Bunun üçün isə media savadlılığı lazımdır. Burada əsas məqsəd informasiya çatdıran subyektin özünü analiz etmək, təhlil aparmaq və ona nə qədər etibar edə bilməni müəyyənləşdirməkdir.
Daha sonra onun ötürdüyü informasiyaya eyni prizmadan baxılmalıdır. Mənbə bilinməli, subyektin özü və yaydığı məlumat təhlil olunmalıdır. Bununla saxta xəbəri ayırd edə və özümüzün də əmin olduğumuz dəqiq informasiya əldə edə bilərik.
Ümumilikdə, cəmiyyəti sağlamlaşıdrmağın yollarından biri də media savadlılığıdır. Çünki müasir texnologiyların indiki durumunda informasiya an məsələsidir. Media savadlılğı olmadan hər bir kəs o yalan, saxta informasiyanın, o cümlədən kibercinəyatkarlığın qurbanına çevrilə bilər".
https://demokrat.az/az/news/216514/cemiyyet-ozu-ucun-etibarli-xeber-menbeleri-secmelidir-dezinformasiya-ile-mubarize-guclenir
https://demokrat.az/az/news/216465/indi-media-savadliligindan-behs-etmek-cox-onemlidir-qulu-meherremli
https://demokrat.az/az/news/216587/insanlar-yalan-xeberin-tesirine-dusmekden-yayinmalidirlar-media-savadliligi-niye-vacibdir
Əfsanə Kamal
Demokrat.az