Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa lideri Emmanuel Makronla arasında telefon danışığı olub. Ərdoğan Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini ifadə edib və Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib. Suriya məsələsində Türkiyə ilə Fransanın mövqeyi uzlaşırmı? Türkiyə Suriya məsələsində digər dövlətlərlə qarşı-qarşıya gələ bilərmi?
Məsələyə politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında aydınlıq gətirib.
O bildirib ki, Türkiyə Suriya məsələsində maraqlı olan qüvvələrlə əlaqə saxlayır:
“Onlara həm də mesaj verir ki, Türkiyə buradadır, yəni Suriyadakı yeni reallıqlarla barışmalısınız. Türkiyə deyir ki, yeni hakimiyyəti qəbul etməlisiniz. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasına çalışır.
Türkiyə xarici qüvvələrə Suriyanı qarışdırmağa imkan vermək istəmir. Fransanın Suriyadakı səfirliyini yenidən açması da Türkiyənin uğurdur. Artıq digər maraqlı qüvvələr Türkiyənin dəstəyi ilə Suriyada qurulan yeni siyasi quruluşu tanıyır. Türkiyə bunun üçün çalışır və bu yöndə addımlar atır”.
Törə Zeynallı
Demokrat.az