"1 milyondan çox vətəndaş canlı növbə xidmətinə müraciət edib" — TƏBİB-in İcraçı direktoru

SOSİAL 18 dekabr 2024, 14:00
"TƏBİB Azərbaycanın önəmli səhiyyə qurumlarından biri kimi tibb sahəsindəki müasir tendensiyaları yaxından izləyir. Bu gün TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması, innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər aparılır".

Demokrat.az
xəbər verir ki, bu sözləri açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib. 
 
O bildirib ki, tibb müəssisələrində pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub: 

"Pilot layihə olaraq onlayn növbə sistemipilot olaraq Yeni Klinikada tətbiq olunur. Daha 5 tibb müəssisəsində isə hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80000-ə yaxın isə onlayn növbə xidmətindən istifadə edib.

Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə olunması da Azərbaycan səhiyyəsinin uğurlarındandır. 

Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində də işlər aparılır: sözügedən sistemin təkmilləşdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır və bu proses gələcəkdə də davam etdiriləcək. 
Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması da əsas prioritetlərimizdəndəndir. Bu sahədə artıq kifayət qədər işlər görülüb. Müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top