Tanışlıq saytı vasitəsilə dələduzluq edən 792 nəfər həbs edildi

DÜNYA 18 dekabr 2024, 19:47
Nigeriyada polis tərəfindən keçirilən əməliyyat zamanı tanışlıq saytları vasitəsilə dələduzluq edən 792 nəfər həbs edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Dələduzluq üçün dəbdəbəli 7 mərtəbəli binada zəng mərkəzi yaradılıb. 

Burada dələduzlara lazımı avadanlıq və xarici nömrə SİM kartları verilib.

Onlar insanların etibarını qazanaraq, “kripto-valyuta” ilə məşğul olmağı təklif ediblər. 

Kriminal birlik liderləri amerikalıları, kanadalıları, meksikalıları və bəzi Avropa ölkələrinin vətəndaşlarını hədəfə alıblar.

İstintaq zamanı 148 çinli, 40 filippinli, Pakistan və İndoneziya vətəndaşları saxlanılıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top