İŞİD terrorçuları Suriya həbsxanalarından qaçırlar?

DÜNYA 18 dekabr 2024, 20:12
ABŞ Suriyadakı həbsxanalardan minlərlə İŞİD terrorçusunun qaçmasından narahatdır.

Demokrat.az
xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.

Qəzetin məlumatına görə, qruplaşmanın minlərlə silahlısı və onların ailə üzvləri həbsxanalarda saxlanılır. 

Bunlar  İraq, Suriya və Orta Asiya ölkələrindən olan insanlardır.

Siyasətçilər bu insanları “saatlı bomba”ya bənzədiblər.

ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri Cozef Votel də qəzetə verdiyi şərhdə məsələ ilə bağlı narahatlığını dilə gətirib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top