Əsəd rejiminin Suriyadakı "Sednaya" hərbi həbsxanasında axtarış-xilasetmə işləri zamanı maraqlı anlar yaşanıb.
Demokrat.az savashmedia.az-a istinadən xəbərinə görə, əsirlikdən azad edilən şəxslərdən birinin İraqın edam edilmiş lideri Səddam Hüseynə oxşarlığı hamının təəccübünə səbəb olub.
Bəziləri hətta kadrlardakı şəxsin doğrudan da Səddam Hüseynin özü olduğu fikrində israr ediblər.
Oxşarlıq isə kifayət qədərdir - gözlər, gözaltı torbalar, üz cizgiləri və hətta alnın sağ tərəfindəki xal.
Səddam Hüseyn İraqa 24 il ərzində rəhbərlik edib. 69 yaşlı sabiq lider hakimiyyətdən 2003-cü ildə kənarlaşdırılıb. Səddam Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam olunub.