Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində özəl bağçaların boş qalmış yerlərinə uşaqların qeydiyyatına start verilib.qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir.
Layihənin mahiyyətini Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri dəyərləndirib.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin keçirilməsi yerində atılmış bir addımdır:
“Düzdür, məktəbəqədər təhsillə bağlı nazirliyin gördüyü işlərdə bəzi neqativlər və ləngimələr var. Amma, gəlin, etiraf edək ki, qrant müsabiqəsinin əsas missiyası dövlət bağçalarına uşaq sıxlığı səbəbindən gedə bilməyənlərin özəl bağçalarda tədrisinə şərait yaratmaqdır. Və Azərbaycanda bağça yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsil almaq imkanlarını artırmaqdır. Ölkədə hər 4 uşaqdan yalnız 1-i bağçaya gedə bilir, çünki bağçaların sayı azdır və yerlər məhduddur. Elm və təhsil naziri bu sayın 2025-2026-cı tədris ilində xeyli artırılacağını demişdi. Bu da təbii ki, birdən-birə mümkün deyil”.
Ekspertin fikrincə, bunun üçün bir neçə metod lazımdır:
“Bu metodlardan biri də məhz qrant layihəsidir. Çünki biz bilirik ki, özəl bağçalar ödəniş əsasında xidmət göstərdiyi üçün sahibkarlıq obyekti hesab olunur, bəzi valideynlərin uşağını bu bağçalara yazdırmağa maddi imkanı çatmır.
Nazirlik öhdəlik götürüb ki, daha çox uşaq bağçaya getsin. Bunun üçün, şəxsən, mənim təqdir etdiyim 3-4 layihə var. Bunlardan biri icma əsaslı bağçalardır, digəri isə ailə bağça modelidir. Özəl bağçalar üçün qrant müsabiqəsinin mənfi tərəfi odur ki, bura daxil edilmiş özəl bağçaların sayı azdır. Bəzi bağçaların şəraiti tam uyğun olmadığı üçün layihədə iştirak etmir. Amma bu layihəni sona kimi dəyərləndirmək lazımdır. Siyahıdakı özəl bağçaların sayı artırılmalıdır. Belə olmasa, yenə də müəyyən boşluqların, narazılıqların şahidi olacağıq”.
Törə Zeynallı
Demokrat.az