“Füyuzat”ın baş redaktoru İstanbulda şagirdlərə dərgiçiliyin önəmindən danışıb — FOTO

GÜNDƏM 18 dekabr 2024, 18:57
Türkiyənin İstanbul şəhərində Borsa İstanbul Zeytinburnu Anadolu Liseyində dərgiçilərlə şagirdlərin görüşü baş tutub.

“Füyuzat”ın məlumatına görə, görüş Zeytinburnu Gənclik Məclisinin təşkilatçılığı ilə həyata keçirilib.

Görüşdə “Müqəddərat” və “Füyuzat” jurnallarının redaksiya üzvləri və rəhbər heyətləri iştirak edib.

Məqsəd texnologiyanın inkişafı ilə sosiallaşan dünyada dərgilərin və dərgiçiliyin əhəmiyyətini şagirdlərə aşılamaq olub.

“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus dərgiçiliklə bağlı bilik və təcrübələrini bölüşüb, şagirdlərə dərgiçiliyin önəmindən bəhs edib. O həmçinin

Türkiyə və Azərbaycan arasındakı qardaş münasibətlərdə dərgilərin tarixi və çağdaş əhəmiyyətinə toxunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top