“Son bir ayda yaşadıqlarımı sizinlə bölüşmək istəyirəm. İlk olaraq bildirim ki, tibb, insanın quruluşu həmişə mənim üçün çox maraqlı olub və öz üzərimdə çox təcrübələr aparmışam. Bu yaxınlarda Rusiyada bir mərkəzlə tanış oldum. Uzun müddətdir xroniki yorğunluqdan əziyyət çəkirdim. Səhər dururdum, elə bilirdim ki, gecəni yatmamışam. Bu, insanın əhvalına, yaddaşına və işləməyinə də təsir edir. Buna görə də Rusiyaya getdim”.
Bu sözləri müğənni Çingiz Mustafayev instaqram səhifəsində yayımladığı videoaçıqlamada deyib.
Xroniki yorğunluqdan əziyyət çəkdiyini söyləyən sənətçi hazırda müalicələr aldığını bildirib:
“İynə terapiyasına bənzər bir müalicə üsuludur. Lakin iynə əvəzinə elektrikdən istifadə edirlər. Gün ərzində bədənin müəyyən hissələrinə tətbiq edirlər. Onun sayı isə psixoloqların aldıqları nəticələrə görə dəyişir. Çünki hər insanla 4-5 psixoloq işləyir. Bununla beyin resursunun vəziyyətini müəyyən edirlər. Gec yatmaq yaxşı bir şey deyil. Hər zaman gec yatmışam. Amma artıq neçə vaxtdır tez yatıram. Özümü də yaxşı hiss edirəm. Dostlarım deyirdi ki, özünə yazığın gəlsin, tez yat. Cavab verirdim ki, mən yaradıcı insanam, ilham mənə gecələr gəlir və mahnılar yazıram. Gənc idim, beynimdə resurs var idi və düşünürdüm ki, hər zaman belə olacaq. Əsla belə deyil. Kim gec yatırsa, sizə məsləhət görürəm ki, bunu aradan təcili şəkildə qaldırın. Saat 10 və ya 11-də yatın və yuxudan tez durun. Çünki bunu özüm keçmişəm, bilirəm ki, yaxşı şey deyil.
Beynimizin hər hissəsi nəyəsə cavabdehdir. Mən getdiyim mərkəzə çox böyük biznesmenlər, dövlət adamları gəlirlər. Hansı ki, artıq özlərini aşırı dərəcədə yorublar. İnsanın beynindəki resursları uzunmüddətli depressiya, ağır layihəyə girmək, özünü günahlandırmaq və ya kiminsə sevgilisindən ayrılması kimi müxtəlif neqativ hadisələr tükəndirir. Biz insanıq, bunlar normaldır. Amma uzun müddət bir emosiyada davam ediriksə, bu, qaçılmazdır. Özümü indi yaxşı hiss edirəm. Həkimlərlə danışdım, onları Bakıya gətirmək istəyirəm. Düşünürəm ki, bizim ölkədə də bu müalicə yöntəminə ehtiyacı olan xeyli insan var. Beynimizin yaxşı işləməsi üçün gərək ona qulluq edək”.
Qeyd edək ki, Çingiz Mustafayev bu ilin mayında Yana adlı xanımla Türkiyənin Kuş adasında ailə qurub. (OLAY)