Əməkdar artist Sevda Ələkbərzadə mətbəxtdəki məharətindən söz açıb.
OLAY yazır ki, bu haqda sənətçi “Sabahın xeyir Azərbaycan!” verilişinə müsahibəsində danışıb.
Əlinin duzunun olduğunu söyləyən sənətçi bildirib ki, nadir hallarda yemək bişirir:
“Yemək bişirməyi xoşlayıram. Amma bunu nadir hallarda edirəm, çünki zamanım yoxdur. Yemək bişirmək üçün həvəsim olmalıdır. Düşünürəm ki, sənət adamı hansısa bir iş görürsə orada yaradıcılıq var. Ona görə də yemək hazırlayanda orada da bir yaradıcılıq və əsas odur ki, sevgi olur. Dostlarım deyir ki, əlimin duzu var. Gözəl plov bişirməyi bacarıram amma onu nadir hallarda hazırlayıram”.